Milli komandanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Sabah”la “Sumqayıt” bu gün yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Sportarena.az xəbər verir ki, elita təmsilçiləri “Əlincə Arena”da üz-üzə gəliblər. Qarşılaşmada hesabı “Sabah” açıb. Amma son dəqiqələrdə ardıcıl iki qol vuran sumqayıtlılar əzmkar qələbəyə seviniblər.
Yoxlama oyunu
2 sentyabr
Sabah - Sumqayıt 1:2
Qol: Tural Qürbətov, 38 - Nicat Qurbanov, 80. Filip İvanoviç, 84-öz qapısına.