"Barselona" 2 futbolçunu göndərir

15:42 26 Avqust 2018

Rafinya Alkantara və Pako Alkaserin "Barselona"dan gedəcəkləri dəqiqləşib.

 

Sportarena.az xəbər verir ki, hər iki futbolçunun adı La Liqanın 2-ci turunda “Valyadolid”lə dünən keçirilən oyunun (1:0) iştirak ərizəsinə salınmayıb. Onlarla bağlı rəsmi açıqlamanın yaxın 1-2 gün ərzində veriləcəyi gözlənilir

 

Qeyd edək ki, Rafinyanın "Betis"ə, Alkantaranın isə Dortmund "Borussiya"sına keçəcəyi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti