“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edib.
Sportarena.az xəbər verir ki, ölkəmizi Avropa Liqasının pley-off mərhələsində təmsil edən “Qarabağ” oyuna daha yaxşı hazırlaşmaq məqsədi ilə Azərbaycan Premyer Liqasının 3-cü turunda “Neftçi”yə qarşı keçiriləcək oyunun vaxtının dəyişdirilməsini xahiş edib.
“Qarabağ”ın avrokuboklarda çıxışını və əsasnaməni rəhbər tutan PFL “Qarabağ” - “Neftçi” matçının 25 avqust tarixdən 26 avqust tarixə keçirilməsinə qərar verib.
Bütün görüşlərin canlı yayımlanmasını təmin etmək məqsədi ilə hər iki klubun razılıq məktubundan sonra “Zirə” - “Sabah” matçı ilə bağlı da dəyişiklik reallaşıb. Sözügedən oyun 26 avqust tarixdən 25 avqust tarixə keçirilib.