Saşa Stamenkoviç üçün uğursuz yubiley

18:34 20 Avqust 2018

Azərbaycan Premyer Liqasının 2-ci turu “Sabah”ın futbolçusu Saşa Stamenkoviç üçün yubileylə əlamətdar olub. 

 

Sportarena.az xəbər verir ki, serbiyalı qapıçı Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. “Sumqayıt”la ev matçına qədər hesabında 99 oyun olan qolkiper yubileyi “Əlincə Arena”da qeyd edib. Lakin onun yubileyi uğursuz alınıb və 4 top buraxan qapıçının komandası meydandan xalsız ayrılıb - 1:4.

 

Ölkəmizdə 2011/12 mövsümündə debüt edib, 4 il “Neftçi”nin formasını geyinən və bu yay Azərbaycana qayıdan Stamenkoviç 100 matçda 99 qol buraxıb.

 

Saşa Premyer Liqadakı 5-ci mövsümündə 2-ci klubunun şərəfini qoruyur.


Digər xəbərlər

Xəbər xətti