“Səbail”in konqolu hücumçu Koubemba Kevin Brandon Xavieri transfer etdiyi barədə məlumat vermişdik. Həm də fransa vətəndaşlığına malik olan futbolçunun müqaviləsinin detalları açıqlanıb.
Sportarena.az xəbər verir ki, daha əvvəl Fransanın "Amyen", "Lill", "Brest" və "Bur An Bress", Belçikanın "Sent-Truyden", Bolqarıstanın ÇSKA (Sofiya) klublarında çıxış edən Brandon ilə bir illik müqavilə bağlanılıb. Futbolçu artıq komandanın düşərgəsinə qoşulub.
Qeyd edək ki, İyulun 9-dan etibarən Türkiyənin Ankara şəhərində mövsümlərarası fasilədə təlim-məşq toplanışında olan “Səbail” dünən Bakıya qayıdıb və iyulun 26-dan mütəmadi olaraq məşqlərə davam edəcək.