Azərbaycan Premyer Liqasındada 2018/2019 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Sportarena.az xəbər verir ki, mərasim iyulun 27-i saat 12:00-da başlayacaq.
Qeyd edək ki, Topaz Premyer Liqada növbəti mövsümdə də 8 klub - "Qarabağ", "Qəbələ", "Neftçi", "Zirə", "Sumqayıt", "Keşlə", "Səbail" və "Sabah" iştirak edəcək.