"Qarabağ" Ozan Can Kökcünü transfer edir?

11:59 1 İyun 2018

21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Ozan Can Kökcü karyerasını Azərbaycanda davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, “Qarabağ” müqavilə ilə “Bursaspor”a məxsus olan yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Onunla həmçinin “Feyenoord”un da yaxından maraqlandığı iddia olunur. Bundan başqa, “Bursaspor”un yeni baş məşqçisi Samet Aybaba da yeni mövsümdə istedadlı futbolçunun xidmətindən yararlanmaq niyyətindədir.

 

Qeyd edək ki, Kökcü ötən mövsümün ikinci yarısını icarə əsasında Hollandiyanın birinci liqa təmsilçisi “Valveyk”də keçirib.


Digər xəbərlər

Xəbər xətti