“Barselona” ulduz futbolçusu Lionel Messi ilk dəfə yeni doğulmuş övladının fotosunu paylaşıb.
Sportarena.az xəbər verir ki, şəkillərdə 30 yaşlı futbolçu, 29 yaşlı xanımı Antonella Rokusso, 2 yaşlı Mateo, 5 yaşlı Tyaqo, 1 yalıq Çiro adlı oğulları və futbolçunun valideynləri - Seliya Mariya, Xorxe Messi yer alır.
Xatırladaq ki, Messi ilə Rokusso ötən il iyunun sonunda ailə qurublar. Cütlüyün 3-cü oğlu bu ilin martında dünyaya gəlib.


 
 
                       
                                               
 
                
                              
 
                       
                                            
 
