"Barselona"nın futbolçusu Jerar Pike həyat yoldaşı Şakira ilə Barselonada axşam gəzintisi zamanı görüntülənib.
Sportarena.az xəbər verir ki, övladları 5 yaşlı Milan və 3 yaşlı Saşa ilə birlikdə olan cütlük çox xoşbəxt görünüb. Bir-birinin əlindən möhkəm tutan Şakira və Jerar kameralara gülümsəməyi də unutmayıb. 
                       
                                                
                        
 
                
                              
 
 
                       
                                               
                        
 
                
                              
 
 
                       
                                               
 
                
                              
 
 
                       
                                               
 
                
                              
 
                       
                                            
 
