Mövsümün qalan hissəsinə Antalyada hazırlaşan Birinci Divizion təmsilçisi “Xəzər” bu gün təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi Almaniyanın “Vakker Nordhauzen” klubu ilə qarşılaşıb.
“Titanik” İdman Mərkəzinin stadionunda keçirilən matç Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.
Yoxlama oyunu
20 yanvar 
                       
                                               
 
                
                              
Xəzər - Vakker Nordhauzen 0:3
Qollar: Daniel Haqler, 1; 69. Bedi Buval, 35. 
                       
                                               
 
                
                              
 
                       
                                            
 
