Mövsümün ikinci yarısının hazırlıqlarına Bakıda start verən "Keşlə" bu gün ilk yoxlama matçına çıxıb.
Sportarena.az xəbər verir ki, Paytaxt klubu İsmət Qayıbov adına stadionda birinci divizion təmsilçisi "Qaradağ-Lökbatan"la qarşılaşıb. Matç "Keşlə"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Yoxlama oyunu
11 yanvar
13:30 Keşlə - Qaradağ Lökbatan 3:1
Qollar: Pərdis Fərcad-Azad, 40. Əlibəy Məmmədli, 65-p. Məqsəd İsayev, 87 - Emin Mustafayev, 60.
Bakı. İsmət Qayıbov adına stadion.