"Səbail"də növbəti ayrılıq

15:49 19 Dekabr 2017

“Səbail” futbolçusu Amit Quluzadə ilə yolları ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə klub "Facebook" səhifəsində məlumat yayıb. Yarımmüdafiəçi ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edilib. Futbolçuya azad agent statusu verilib.

 

Qeyd edək ki, Quluzadə yayda “Səbail”ə keçmişdi. Onun müqaviləsi mövsümün sonunda başa çatırdı.

 

Əlavə edək ki, "Səbail" bundan əvvəl Eqdaras Jarskislə müqaviləni ləğv etdiyini açıqlamışdı.


Digər xəbərlər

Xəbər xətti