Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2017/18 mövsümünün ilk turuna yekun vurulub.
Sportarena.az xəbər verir ki, son oyun günündə üç görüş baş tutub. “Sabah” “Binə”yə, “Turan Tovuz” “Şüvəlan”a minimal hesabla qalib gəlib. “Qaradağ Lökbatan” isə səfərdə MOİK-dən üstün olub.
Birinci Divizion 1-ci tur
4 oktyabr
“Sabah” - “Binə” 1:0
Qol: Məhəmməd Alıyev, 30.
MOİK - “Qaradağ Lökbatan” 0:1
Qol: Coşqun Süleymanov, 55.
“Turan Tovuz” - “Şüvəlan” 1:0
Qol: Qaraxan Əliyev, 89-öz qapısına.
Xatırladaq ki, ilk oyun günündə “Ağsu” “Zaqatala”ya evdə, “Mil-Muğan” isə səfərdə “Xəzər”ə 1:0 hesabıyla qalib gəlmişdi.