Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Yagelloniya” - “Qəbələ” matçı canlı yayımlanacaq.
Sportarena.az xəbər verir ki, azarkeşlər qarşılaşmanı "İdman Azərbaycan" telekanalından canlı izləyə biləcəklər. İyulun 20-də, Bilastokda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Bu komandalar arasında Bakıda keçirilmiş ilk oyun 1:1 hesabı ilə nəticələnib.  
                       
                                               
 
                
                              
 
                       
                                            
 
