“Turan Tovuz” tarixində ilk dəfə titul qazanıb.
Sportarena.az xəbər verir ki, 2015-ci ildə yaradılan klub Birinci divizionun çempionu adına yiyələnib. Əsgər Abdullayevin yetirmələri buna mövsümün sonuna 2 tur qalmış nail olub. Qərblilər 24-cü turdan sonra xal hesabını 57-yə çatdırıb və izləyiciləri üçün əlçatmaz olub. Düzdür, “Səbail” liderə çata bilər. Amma şəxsi oyunlardakı üstünlük (2:1, 0:0) “Turan Tovuz”un 1-ci yer tutması üçün kifayət edib.
İlk uğurunu qazanan 2 yaşlı klub Birinci divizion tarixinə 23-cü çempion kimi düşüb. Düzdür, 22 yarışdan birində - 1994/95 mövsümündə final mərhələsi 2 qrupda keçirilib. Qrup qalibləri güclülər dəstəsinə yüksəlsə də, öz aralarında ən yaxşını müəyyənləşdirməyib. Həmin mövsümdə hər iki komandanı çempion hesab etsək, diviziondakı 23 qalibdən yalnız biri bu uğuru 2 dəfə əldə edib. “Neftçala” 2014/15 və 2015/16 mövsümlərində qızıl medallara yiyələnib.
|
mövsüm |
Çempion |
|
1992 |
Nicat (Maştağa) |
|
1993 |
Xəzri (Buzovna) |
|
1993/94 |
Zabrat (Bakı) və Azneftyağ (Bakı) |
|
1994/95 |
Şəmkir |
|
1995/96 |
Sumqayıt |
|
1996/97 |
Çinar (Göyçay) |
|
1999/2000 |
Şahdağ (Quba) |
|
2000/01 |
OİK (Bakı) |
|
2001/02 |
Lokomotiv (İmişli) |
|
2003/04 |
Gənclərbirliyi (Sumqayit) |
|
2004/05 |
AMMK (Bakı) |
|
2005/06 |
Gilan (Xanlar) |
|
2006/07 |
Masallı |
|
2007/08 |
Bakılı |
|
2008/09 |
ABN-Bərdə |
|
2009/10 |
Gəncə |
|
2010/11 |
Abşeron (Bakı) |
|
2011/12 |
Qaradağ Lökbatan |
|
2012/13 |
Ağsu |
|
2013/14 |
Araz-Naxçıvan |
|
2014/15 |
Neftçala |
|
2015/16 |
Neftçala |
|
2016/17 |
Turan Tovuz |
Qeyd: Bəzi komandalar sonradan adını dəyişib. “Nicat” “Bakı fəhləsi”, “Sumqayıt” “Xəzər”, OİK MOİK, AMMK indiki AZAL, “Gilan” “Qəbələ”, NBC “Muğan”, “Gəncə” isə “Kəpəz”dir.