Azərbaycan Premyer Liqasında yeni rekord

11:30 11 Aprel 2017

Azərbaycan Premyer Liqasının 25-ci turu üçün azarkeş sayı məlum olub.

 

Sportarena.az xəbər verir ki, turda ən çox azarkeş Gəncədə qeydə alınıb. Gəncə şəhər stadionunda baş tutmuş “Kəpəz” - “Neftçi” oyununu (2:0) 10000 azarkeş tribunalardan izləyib. Ən az azarkeş isə Şüvəlanda, “AZAL Arena”da qeydə alınıb. Burda baş tutmuş AZAL - “Sumqayıt” matçını (1:2) cəmi 300 tamaşaçı izləyib.

 

Turun, həm də mövsümün mərkəzi oyunu olan, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş “Qarabağ” - “Qəbələ” oyununda (0:0) isə 8000 tamaşaçı qeydə alınıb. Zirə idman kompleksinin stadionunda keçirilmiş “Zirə” - “İnter” qarşılaşmasını (1:1) 2000 tamaşaçı izləyib.

 

Ümumilikdə, turun 4 oyununu 20300 tamaşaçı izləyib ki, bu da, hər oyuna orta hesabla 5075 tamaşaçı deməkdi. Bu, cari mövsümdə qeydə alınmış ən yüksək göstəricidi. Əvvəlki ən yüksək göstərici 6-cı turda qeydə alınmışdı (cəmi 15938, orta hesabla 3984).


Digər xəbərlər

Xəbər xətti