Gürcüstan millisinin Serbiya və Latviya ilə oyunlar üçün heyəti açıqlanıb.
Sportarena.az xəbər verir ki, baş məşqçi Vladimir Vayss bu qarşılaşmalar üçün 24 futbolçuya dəvət göndərib. Premyer Liqamızda çıxış edən iki futbolçu da Gürcüstan millisənə dəvət alıb. Bunlar “Neftçi”nin müdafiəçisi Georgi Navalovski və “Qəbələ” yarımmüdafiəçisi Nika Kvekveskiridir
Qeyd edək ki, Gürcüstan millisi DÇ-2018-in seçmə mərhələsində martın 24-də Serbiya, 3 gün sonra isə Latviya ilə yoldaşlıq oyununda qarşılaşacaq.