İspaniyanın “Malaqa” klubu baş məşqçisi Marselo Romero ilə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxışı olub La Liqa təmsilçisi Romeronun başçılığı altında meydana çıxdığı 10 matçın 7-dən məğlub ayrılıb.
Qeyd edək ki, uruqvaylı baş məşqçi ötən ilin dekabr ayından “Malaqa”nı çalışdırırdı.