Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə “Neftçi”ni məğlub edən (2:1) “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunla bağlı fikirlərini bildirib.
Sportarena.az xəbər verir ki, o, məğlubiyyətə rəğmən, rəqib komandanı tərifləyib:
“Belə gərgin oyundan sonra danışmaq çətindi. Rəqib qış fasiləsindən sonra yaxşı oyun sərgiləyir. Oyuna ciddi hazırlaşmışdıq. Bu komanda zəif oynayanda da qələbə qazanır. Qış fasiləsindən sonra onlar da, biz də 11 xal toplamışdıq. Turnir cədvəlində də bizə yaxın idilər. Bu oyunda bizə heç-heçə də sərf edirdi. Ancaq qələbə qazanmağımız daha yaxşı oldu. Xüsusilə, məğlub durumdan qələbə qazanmağımız daha sevindirici oldu. Elxan müəllim yaxşı komanda yaradıb. Onlara gələn oyunlarda uğurlar arzulayıram”.