"Təzyiqlər var idi" - Qurban Qurbanov - AÇIQLAMA

19:06 4 Mart 2017

Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə “Sumqayıt”ı darmadağın edən (4:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, Qurbanov komandanın üzərində təzyiq olduğunu deyib:

 

"Sumqayıt" azarkeşlərinə təşəkkür edirəm, komandamızı çox yaxşı qarşıladılar. Uzaq yol gəldikləri üçün öz azarkeşlərimizə təşəkkür edirəm. Son iki oyunda uğursuz nəticələrə baxmayaraq, azarkeşlərimiz bizim yanımızdaydılar. Oyuna gəlincə, komandamızın üzərində təzyiqlər var idi. Niyə problemimiz var idi, bunu çox yaxşı bilirəm. Böyük hesabla qələbə qazansaq da, üzərimizdəki təzyiq meydanda hiss olunurdu. Vacib 3 xal qazandıq. Ümid edirəm ki, bundan sonra səhvlər etməyəcəyik. Futbolçularıma 1-2 gün istirahət verəcəm ki, ailələrinin yanında olsunlar. Milli komandaya gedən futbolçulara da uğurlar arzu edirəm”.


Digər xəbərlər

Xəbər xətti