"Neftçi" stadionunu belə təmizləyir - FOTOLAR

17:45 17 Fevral 2017

"Neftçi" - "Kəpəz" matçının keçiriləcəyi "Bakcell Arena"da hazırda meydançanın qardan təmizlənmə prosesi aparılır.


Sportarena.az xəbər verir ki, oyuna qədər stadionun hazır vəziyyətə gətirilməsi üçün işlər görülür. Bu gün rəhbərlik də başda olmaqla "Neftçi" kollektivi arenanın qardan təmizlənməsi üçün bütün gücünü səfərbər edib. 


Dünəndən başlayaraq indiyə kimi xeyli sayda azarkeş də kluba yardımlarını təklif edib. Ancaq hələlik azarkşlərin dəstəyinə zərurət yaranmayıb.
 

 

 

 


Digər xəbərlər

Xəbər xətti