"Sumqayıt"da istirahət yoxdu

12:12 15 Fevral 2017

"Sumqayıt" növbəti turda qarşılaşacağı AZAL-la oyunun hazırlığına start verib.
 
 
Sportarena.az xəbər verir ki, komanda istirahət etmədən yığışıb və Samir Abasovun rəhbərliyi altında iki qrup üzrə məşq edib. Dünən "Neftçi" ilə oyunda start heyətində yer alan futbolçular fitness zalında bərpa məşqi keçib. Digər qrup isə meydançadakı hazırlıqla günü başa vurub.
 
 
Qeyd edək ki, "Sumqayıt" Premyer Liqanın 19-cu turunda fevralın 19-da AZAL-ı qəbul edəcək. Matçın start fiti 15:00-da veriləcək.


Digər xəbərlər

Xəbər xətti