AFFA Rasim Ramaldanovu bağışlamadı

13:22 14 Fevral 2017

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, İK Azərbaycan Premyer Liqanın 18-ci turunun oyunlarında baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.

 

"Zirə” – “Qəbələ” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Rasim Ramaldanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

"Neftçi” – “Sumqayıt” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti