"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşdıqları "Neftçi" ilə oyun barədə danışıb.
Sportarena.az xəbər verir ki, "CBC Sport"a danışan mütəxəssis müdafiə xəttində problemlər olduğunu qeyd edib:
"Oyunu müdafiədən qurmuşduq. Amma bu alınmadı. Müdafiədə problemlərimiz oldu. Bu səbəbdən məğlub olduq. Zurab Xzinaşvili zədəli olsa da, oyundan öncə mənə hazır olduğunu bildirdi. Onu bu səbəbdən meydana buraxdım".