PSJ hücumçusu Xese Rodriqesi “Las Palmas”a icarəyə verib.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı La Liqa klubunun saytı yayıb. Müqaviləyə əsasən, 23 yaşlı hücumçu mövsümün sonuna kimi “Las Palmas”da top qovacaq. O, yeni klubunda 10 nömrəli futbolkada çıxış edəcək.
Qeyd edək ki, Xese Madrid “Real”ının yetirməsidi. 2011-2016-cı illər aralığında “kral klubu”nun əsas komandasında çıxış etmiş hücumçu, ötən yay Paris klubuna transfer olunub.