Türkiyənin “Adanaspor” klubu “Qarabağ”dan Reynaldonu transfer edəndən sonra Ağdam təmsilçisinin daha bir braziliyalı legionerinə göz dikib.
Sportarena.az xəbər verir ki, Super Liqa klubu bu dəfə “köhlən atlar”ın yarımmüdafiəçisi Riçard Almeydaya göz dikib. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. "Adanaspor"un baş məşqçisi Levent Şahin Almeydanı komandasında görmək istəyir. Bir neçə gün öncə "Qarabağ"dan Super Liqa klubuna keçən Reynaldonun da həmyerlisinin transferinin reallaşması üçün vasitəçi olacağı deyilir.
Qeyd edək ki, Almeyda "Qarabağ"da 2012-ci ildən çıxış edir.