“Qarabağ” Azərbaycan Premyer Liqasının 15-ci turunda, yanvarın 29-da saat 17:30-da “Azərsun Arena”da “Neftçi”ni qəbul edəcək.
Sportarena.az xəbər verir ki, “köhlən atlar”ın albaniyalı müdafiəçisi Ansi Aqolli oyunla bağlı fikirlərini klubun saytına bildirib:
“Qış fasiləsindən sonra çempionatın ilk oyunudu. Bu baxımdan fərqli qarşılaşma olacaq. Oyuna yaxşı hazırlaşmışıq, bu qarşılaşmada qələbə qazanmağa çalışacağıq. “Neftçi” hər zaman “Neftçi”di, heyətini qış fasiləsində daha da gücləndirib. Bizi ciddi oyun və çətin mübarizə gözləyir. Bizə lazım olan nəticəni qazanmaq üçün meydana çıxacağıq”.