Ronaldo evə təcili yardımla getdi - FOTO

17:59 25 Yanvar 2017

İspaniya La Liqası çərçivəsində keçirilən "Real" - "Malaga" (2:1) matçından sonra Madrid klubunun futbolçusu Kriştiano Ronaldo xoşagəlməz durumla qarşılaşıb.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmadan sonra sevgilisi ilə birlikdə evə gedərkən ayağında ağrılar hiss edən futbolçu avtomobili idarə etmək gücündə olmayıb və təcili tibbi yardıma ehtiyac duyub. Evə ambulansla yollanan Ronaldonun "Lamborghini" markalı avtomobili isə evakuator vasitəsi ilə daşınıb.

 


Digər xəbərlər

Xəbər xətti