"Əvəzedilməz oyunçu yoxdu" - AÇIQLAMA

15:23 13 Yanvar 2017

“Hazırda özümü yaxşı hiss edirəm, zədəm də sağalıb. Odu ki, məşqlərə başlamağımda heç bir problem qalmayıb”.

 

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Şəhriyar Əliyev klubun saytına açıqlamasında deyib. Uzun müddət zədəli olduğundan mövsümün ilk yarısında “Kəpəz”ə az kömək edən müdafiəçi yanvarın 11-dən Bakıda məşqlərə başlayan “sarı-göylər”ə qoşulub:

 

 

“Zədəmlə bağlı ötən il komandama istənilən qədər yardımçı ola bilmədim. Hər bir futbolçunun arzusu klubunun uğur qazanmasına kömək etmək, buna çalışmaqdı. Amma zədələrdən də qaçmaq olmur. Artıq hər şey geridə qalıb. Oynamadığım müddətdə çəkim artmayıb, əksinə azalıb (gülür). Yavaş-yavaş formamı bərpa etməyə çalışacağam. Arzum tezliklə oyunlara çıxmaqdı”.

 

 

Əliyevin yoxluğunda məşqçilər korpusu müdafiənin mərkəzində Azad Kərimovla Tural Nərimanova yer verib. Şəhriyar əsas heyətə dönmək üçün rəqabətə hazır olmalıdı və futbolçu bunu yaxşı anlayır: 

 

 

“Komandamızda əvəzedilməz oyunçu yoxdu. Mənim mövqeyimdə çıxış edən komanda yoldaşlarım özlərini ən yaxşı tərəfdən göstərməyi bacardılar və yoxluğum hiss olunmadı. Ona görə də düşünürəm ki, ilk “11-liy”ə qayıtmaq heç də asan olmayacaq. Rəqabət aparmalıyam və buna hazıram. Kim gülcüdüsə, məşqçilər ona da şans verəcək. Birdə ki, əsas olan kiminsə oynaması deyil, “Kəpəz”in uğur qazanmasıdı. Mehriban heyətimiz var, hamı bir-birinin, bütövlükdə isə klubun uğur qazanmasına çalışır”.


Digər xəbərlər

Xəbər xətti