Rəhim Həsənovdan Antalyada da narazı qaldılar

11:52 13 Yanvar 2017

Antalyada təlim-məşq toplanışını davam etdirən azərbaycanlı hakimlər müxtəlif sınaq matçlarında iş başında olurlar.

 

Sportarena.az xəbər verir ki, dünən Rəhim Həsənov Antalyadakı ilk matçını idarə edib. FİFA referisi Qazaxıstanın “Kayrat” və Albaniyanın “Kukesi” klubları arasındakı oyunda söz sahibi olub. Cari mövsümdə Premyer Liqanın oyunlarında verdiyi mübahisəli qərarlarla yadda qalan referi bu matçda da diqqət mərkəzində olub.

 

Qarşılaşmanın 8-ci dəqiqəsində Albaniya təmsilçisinin hücumçusunun qazaxların qapısı qarşısında yerə yıxılmasını qayda pozuntusu kimi dəyərləndirən Rəhim Həsənov isə 11 metrlik cərimə zərbəsi təyin edib. “Kayrat”ın oyunçuları bütün komanda ilə ona hücum etsə də, qərarını dəyişməyib. Albanların zərbəsi isə qapı dirəyindən dönüb. Matç isə “Kayrat”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti