Messi Kumana çatdı - Tarixə düşməyə 1 qol qaldı

13:45 12 Yanvar 2017

İspaniya kubokunda “Atletik”lə keçirilən cavab qarşılaşması (3:1) “Barselona”nın futbolçusu Lionel Messi üçün əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, Messi 78-ci dəqiqədə cərimə zərbəsindən sonra qol vuraraq, komandasının üstünlüyünü möhkəmləndirib. Bu qolla argentinalı futbolçu “Barsa”nın sabiq oyunçusu Ronald Kumana çatıb.

 

 

Belə ki, Messi cərimə zərbələrindən vurulan qolların sayına görə, Kumanla bərabərləşib. Bu, onun cərimə zərbəsindən sonra vurduğu 26-cı qol olub. Kumanın göstəricisi “Barselona” tarixinin ən yaxşı nəticəsi idi. Ronald Kuman bu nəticəyə görə, “tvitter”də Messini təbrik edib:

 

 

“Mənim təbriklərimi qəbul et, Messi! Yeni rekorda cəmisi bir qol qaldı”.


Digər xəbərlər

Xəbər xətti