“İnter”də gözlənilən ayrılıq gerçəkləşib.
Sportarena.az xəbər verir ki, Ağabala Ramazanov komandadan ayrılıb.
Onunla müqavilə qarşılıqlı şəkildə pozulub. Bəstəboy hücumçu gözlənilənlərin əksinə, “Neftçi”yə yox, “Qarabağ”a keçib. Xəbəri "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl də təsdiqləyib.
Hələ “Xəzər Lənkəran”da oynadığı vaxtdan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun maraq dairəsində olan futbolçu cari mövsümün əvvəlindən “İnter”in şərəfini qoruyurdu. “Neftçi” neçə vaxtdı onun transferinə çalışsa da, futbolçu son anda ağdamlıları seçdi.(futbolinfo.az)