"Neftçi" daha bir futbolçu ilə razılığa gəldi

16:30 2 Yanvar 2017

Milli komandamızın və Ukraynanın “Stal” klubunun futbolçusu Pavel Paşayev karyerasını yenidən Azərbaycanda davam etdirəcək. 


Sportarena.az xəbər verir ki, 28 yaşlı müdafiəçi “ağ-qaralar”la razılığa gəlib. Paşayev Antalyada təlim-məşq toplanışı keçəcək “Neftçi”nin düşərgəsinə qoşulacaq və paytaxt klubuyla rəsmi müqavilə imzalayacaq. 


Qeyd edək ki, Pavel Paşayev ötən mövsümün sonunda “Qəbələ”dən ayrılaraq Ukraynanın “Stal” klubuna üz tutmuşdu.


Digər xəbərlər

Xəbər xətti