Bakı “İnter”inin braziliyalı futbolçusu Denis Silva Azərbaycan diində müsahibə verib.
Sportarena.az xəbər verir ki,dünən Azərbaycan Premyer Liqanın 14-cü turunun “Qarabağ”a qarşı oyunundan (0:0) sonra o, jurnalistlərə açıqlamanı öz doğma dilində və ya ingiliscə deyil, azərbaycanca verib.
Qeyd edək ki, Denis Silva 2008-ci ildən Azərbaycanda çıxış edir. O, müxtəlif vaxtlarda “Xəzər Lənkəran”, “Neftçi” oynayıb, hazırda isə “İnter”in şərəfini qoruyur. 2010 və 2012-ci illərdə vətəni Braziliyaya qayıdaraq “Qremio”da da oynayıb.