"Qarabağ"dan xal itkisi, "Kəpəz", "Qəbələ" və "Neftçi" məğlub oldu - YENİLƏNİB

18:53 17 Dekabr 2016

Bu gün Azərbaycan Premyer Liqasında 2016-cı ilin sonuncu - 14-cü turunun oyunları keçiriləcək.


Sportarena.az xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutacaq.


Günün ilk oyunu Qəbələdə keçiriləcək. Burada iki əyalət təmsilçisi - "Qəbələ" və "Kəpəz" klubları üz-üzə gələcək. "Qəbələ"yə bu matçda qələbə çox vacibdir. Çünki "qırmızı qaealar" qış fasiləsinə lider "Qarabağ"la arasında olan xal fərqini çoxaltmadan getmək niyyətindədir.


Günün ən maraqlı qarşılaşması isə Suraxanıda gerçəkləşəcək. Burada "Qarabağ" "Azərsun Arena"da "İnter"i qəbul edəcək. Son ölkə çempionumuz çətin rəqibinə baxmayaraq, qış fasiləsinə lider yollanmaq niyyətindədir. Lakin "İnter" də asan təslim olmayacaq. Çempionluğa iddialı olan komanda bu matçdan xalla ayrılmağa çalışacaq.


XIV tur

14:00. "Qəbələ" - "Kəpəz"  2:1

QOL: Filip Ozobiç, 24-pen. (1:0); Tural Axundov, 78-pen. (1:1); Ruslan Qurbanov, 84-pen. (2:1)

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Rahil Ramazanov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Murad Məmmədov

Qəbələ şəhər stadionu

16:00. "Sumqayıt" - "Zirə"  1:0

QOL: Mirabdulla Abbasov, 15 (1:0)

Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Nahid Əliyev

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Kərim Ağayev

"Kapital Bank Arena"

16:00. "Neftçi" - AZAL  0:1

Qol: David Canelidze, 80 (0:1);

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Vüsal Qənbərov, Elman Musayev

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Əhmədağa Cabbarov

"Dalğa Arena"

17:00. "Qarabağ" - "İnter"  0:0

Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Akif Əmirəli, Yaşar Abbasov

Əlavə köməkçi hakimlər: Ramil Diniyev, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor: Vüsal Əliyev

"Azersun Arena”


Digər xəbərlər

Xəbər xətti