Bu gün Azərbaycan Premyer Liqasında 13-cü tura start veriləcək.
Sportarena.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma oynanılacaq. İlk oyun Gəncədə baş tutacaq. Saat 14:00-da keçiriləcək oyunda "Kəpəz" "Neftçi"ni qəbul edəcək. Günün digər oyununda AZAL Şüvəlanda "Sumqayıt"ı qonaq edəcək. Turun digər oyunları isə sabah baş tutacaq.
XIII tur
27 noyabr
14:00 “Kəpəz” - “Neftçi” 2:0
Qollar: Orxan Əliyev, 27, Ebah, 49
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov
Gəncə şəhər stadionu
16:00 AZAL - “Sumqayıt” 1:1
Qollar: Nuqzar Kvirtiya, 38 (1:0), Amil Yunanov, 86-pen. (1:1)
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
“AZAL Arena”