Noyabrın 19-da İspaniya La Liqasında keçirilən "Atletiko" - "Real" derbisində Koke və Ronaldo arasında gərginlik yaşanıb.
Sportarena.az xəbər verir ki, ispaniyalı futbolçu oyun zamanı portuqaliyalıya homoseksual deyib. Ronaldo isə cavabında belə deyib: "Bəli, mən homoseksualam, ancaq çox varlıyam, əclaf. Madriddə görüşərik sənə göstərərəm".
Qeyd edək ki, sözügedən qarşılaşma "Real"ın 3:0 hesablı qələbəsi ilə bitib. Ronaldo bu görüşdə het-trikə imza atıb.