Zidan: "Qızıl top" uğrunda intriqa öldü"

00:53 21 Noyabr 2016

“Ronaldo dünyanın ən yaxşı oyunçusudur. Bu, kimsədə şübhə doğurmamalıdır”.

Bu sözləri “Real”ın baş məşqçisi Zinəddin Zidan La Liqada “Atletiko”ya 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Portuqaliyalı hücumçunun bu görüşdə 3 qol vurmasına diqqət çəkən Zidan qeyd edib ki, bununla da 2016-cı il üçün “Qızıl top” uğrunda mübarizədə intriqa ölüb.

O, Ronaldonun bu il də dünyanın ən yaxşı oyunçusu adını qazanacağına əmin olduğunu söyləyib.  


Digər xəbərlər

Xəbər xətti