Azərbaycan idmançısı, atlet Evans Kiplagat İstanbul Marafonunun qalibi olub.
Sportarena.az xəbər verir ki, 38-ci dəfə təşkil olunan turnirin çempionu adını milliləşdirilmiş keniyalı Evans Kiplagat qazanıb.
O, kişilər arasında 42 km 195 m məsafəni 2 saat 13 dəqiqə 28 saniyəlik nəticə ilə hər kəsi qabaqlayıb. Şura Kitata Tola ikinci, keniyalı Peter Kiptoo Kiplaqat ise üçüncü olub.