İspaniyanın məşhur "Marca" qəzeti İspaniya çempionatının ən yaxşı oyunçusunu seçib.
Sportarena.az xəbər verir ki, qəzetin oxucuları arasında aparılan səsverməyə əsasən, "Real"ın hücumçusu Kriştiano Ronaldo ötən mövsümün ən yaxşı futbolçusu adına layiq görülüb.
Qeyd edək ki, ən yaxşı məşqçi isə "Atletiko"nun çalışdırıcısı Dieqo Simeone seçilib.