Ronaldo: "Hələ 10 il daha oynaya bilərəm"

22:20 7 Noyabr 2016

“Real”ın futbolçusu Kriştiano Ronaldo komandası ilə yeni müqavilə imzalamasından danışıb.

31 yaşlı hücumçu bundan sonra hələ daha 10 il futbol oynaya biləcəyini deyib:

“Bu, mənim “Real”la imzaladığım sonuncu müqavilə deyil. Bunu hamı bilsin. Futbolçu karyeramı “Real”da başa vurmaq istəyirəm”.

Qeyd edək ki, 2009-cu ildən Madrid klubunda çıxış edən portuqaliyalı futbolçunun yeni müqavilə müddəti 2021-ci ilə qədərdir.


Digər xəbərlər

Xəbər xətti