Bu gün Azərbaycan Premyer Liqasında XI tura yekun vurulacaq.
Sportarena.az xəbər verir ki, turun son oyununda "Qarabağ" "Zirə"nin qonağı olacaq.
Son ölkə çempionu liderliyi ələ keçirmək üçün qələbə qazanmaq niyyətindədir. Tarixi ərzində "Zirə" ilə 5 dəfə qarşılaşan Ağdam klubu bu oyunların 4-də qələbə qazanıb, 1-də isə heç-heçəylə razılaşıb. Qurban Qurbanovun yetirmələri "Zirə" qarşısında məğlubiyyətsizlik seriyasını qorumaqla yanaşı, oyundan maksimum xallar toplamağa çalışacaq.
16:00. “Zirə” – “Qarabağ” 0:2
Qol: Dani Kintana, 69, (1:0), Elvin Yunuszadə, 79, (2:0)
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Vüsal Qənbərov, İsgəndər Əliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Füzuli Nəcəfov
Zirə İdman Kompleksinin stadionu