Bu gün Azərbaycan Premyer Liqasında XI turun oyunlarına yekun vurulacaq.
Sportarena.az xəbər verir ki, günün ilk matçında AZAL "Qəbələ"ni qəbul edəcək.
Avropa Liqasındakı məğlubiyyətdən sonra bütün gücünü çempionata yönəltməyə çalışan Roman Qriqorçukun yetirmələri bu gün qələbə qazanmağa iddialıdır. Turnir cədvəlinin son pilləsində qərarlaşan AZAL isə sürpriz nəticə göstərməyə çalışacaq.
14:00. AZAL – “Qəbələ” 0:0
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rahil Ramazanov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şaiq Həmidov
“AZAL Arena”