"Neftçi"nin baş məşqçisi: "Peşman deyiləm" - MÜSAHİBƏ

21:30 5 Noyabr 2016

Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində keçirilən "Neftçi" - "İnter" matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

 

Sportarena.az xəbər verir ki, qarşılaşmadan sonra "ağ-qaralar"ın baş məşqçisi Elxan Abdullayev oyunla bağlı jurnalistlərin suallarını cavablandırıb.


- Bu gün maraqlı oyun izlədik. Komandanın oyunundan razı qaldım. 3 xal bizə çox vacib idi. Yerli futbolçulara üstünlük vermişdim, onlar da özlərini doğrultdu.


- Açıqlamalarınızda qışda heyətin gücləndiriləcəyini, yeni futbolçuların gələcəyini söyləyirsiz. Düşünmürsüz ki, bu açıqlamalar hazırda komandada olan futbolçulara mənfi təsir edə bilər?
- Yox, niyə? Onun yerinə gəlmir ki... Əlavə gəlir.


- Hakimin biabırçı penalti qərarı qələbənizə kölgə salır?
- Ümumiyyətlə hakimlərdən danışmaq istəmirəm.


- 90 dəqiqə azarkeşlər Araz Abdullayevə və Rəhman Hacıyevə təzyiq göstərdi. Mahir Şükürova isə dəstək verdilər. Kapitanlıq sarğısını Şükürov daşıya bilərmi?
- Mən bu komandaya gələndə Araz kapitan idi. Bunu komanda seçib. Nə mən, nə də rəhbərlik seçib. Deməli, futbolçular Araza inanır. Mənim kapitan sarğısını Mahirə verməyim düzgün olmaz.

 
- Qələbədən sonra "Neftçi"nin özünə gəldiyini düşünmək olar?
- Bizim üçün hər qələbə önəmlidi. Uşaqlarda özünəinam hissi yaranır. Biz işimizi davam etdiririk. Düzgün istiqamətdə işimizi görürük.


- 5 legioneri əvəzedici komandaya göndərdikdən sonra qələbə qazandınız. Qərarı gec verdiyinizə görə peşman deyilsiz?
- Peşman deyiləm. Onlara şans verməsəydim, özüm-özümü qınayardım. Legioneri ilk gündən əvəzedici komandaya göndərmək düzgün çıxmazdı. Hər bir futbolçuya şans verilib.(futbol11.az)


Digər xəbərlər

Xəbər xətti