Şahin Diniyev: "...gərək sabah oyuna çıxmayaq"

21:06 4 Noyabr 2016

Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində “Kəpəz” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək.


Sportarena.az xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev kapazpfc.az saytına qarşıdakı matçla bağlı fikirlərini bölüşüb: “İtkilərlə bağlı məsələ artıq arxada qalıb. Bunu düşünsək, gərək sabah oyuna çıxmayaq. Heyətdə olan futbolçulardan maksimum şəkildə istifadə etməyə çalışacağıq. Gəncə azarkeşlərini sevindirmək istəyirik, ona görə də itkiləri düşünmürük. Digərləri onları əvəzetməyə çalışacaqlar. Bizim üçün ən çətin oyunlardan biri olacaq. Əsas heyətdən futbolçuların olmaması və komandanın turnir cədvəlindəki vəziyyəti bizi sevindirmir. Qazanılacaq qələbə bizi 4-cü pilləyə yüksəldə bilər və bununla da uğurlu başlanğıcın əsasını qoya bilərik”. 


Digər xəbərlər

Xəbər xətti