Çempionatin XI turunda doğma divarlar arasında “Sumqayıt”la qarşılaşacaq “Kəpəz” bu gün Gəncəyə gəlib.
Sportarena.az xəbər verir ki, oyuna hazırlığın əsas hissəsini Bakıda keçirən komanda matç öncəsi son məşqinə görüşə ev sahibliyi edəcək stadionda çıxıb.
Təxminən 45-50 dəqiqə sürən hazırlıq prosesi yüngül xarakter daşıyıb. İsinmə təmrinlərinin yerinə yetirilməsi başlayan məşq toplu çalışmalarla davam edib və taktiki məşqlə başa çatıb.
Məşq mətbuat və azarkeşlər üçün açıq olub. Hazırlığın sonunda fanatlar futbolçularla şəkil çəkdirib, avtoqraf alıblar.