"Kəpəz" məşqləri bərpa etdi

13:32 1 Noyabr 2016

Azərbaycan Premyer Liqasının X turunda “Zirə” ilə oyundan sonra bir gün istirahət edən “Kəpəz”in üzvləri bu gün məşqlərə start verəcək. 


Sportarena.az xəbər verir ki, komanda noyabrın 5-də doğma meydanda qəbul edəcəyi “Sumqayıt”la görüşə Bakıda hazırlaşacaq.


“Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edəcək. “Kəpəz” noyabrın 3-nə kimi hər gün saat 15:00-da bu məkanda çalışmalara çıxacaq. 


Digər xəbərlər

Xəbər xətti