AFFA-dan "İnter" və "Kəpəz"ə sərt cəza

13:03 1 Noyabr 2016

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının X turunda keçirilmş qarşılaşmalarda yol verilmiş qayda pozuntularına görə müvafiq cəzalar tətbiq olunub.


Azərbaycan Premyer Liqasının X turunun “Zirə” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.


Oyunun 70-ci dəqiqəsində “Kəpəz” klubunun 18 №-li futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub.


Azərbaycan  Premyer Liqasının X turunun “İnter” – “Sumqayıt” matçının 83-cü dəqiqəsində meydançaya azarkeş daxil olduğu üçün oyunda fasilə yaranıb. “İnter” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunub 


Digər xəbərlər

Xəbər xətti