Muarem Muarem 30-a çatdı

15:42 31 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının AZAL-la oyununda komandasına 1:0 hesablı qələbə qazandıran qolun müəllifi olan Muarem Muarem “Qarabağ”ın heyətində 30-cu dəfə rəqib qapısına yol tapıb. 


Sportarena.az xəbər verir ki, yubiley qolunu Ağdam təmsilçisindəki 159-cu matçında vurub. Muarem çempionatdakı 118 qarşılaşmada 22, 19 kubok matçında 4, avrokuboklardakı 22 görüşdə 4 dəfə fərqlənib. İlk qolunu 2012-ci il aprelin 22-də “Bakı” ilə çempionatdakı ev oyununda (2:4) vuran yarımmüdafiəçi komandasının öz meydanındakı matçlarda 14, səfərdə 15 dəfə rəqib qapısına yol tapıb. Daha bir qolu neytral meydanda vuran makedoniyalı 3 dubl müəllifidir. Səfərdə qeydə alınan dubllardan ikisi çempionat, biri kuboka təsadüf edib.

mövsüm

Premyer Liqa

kubok

Avrokubok

2011/12

1

1

-

2012/13

5

-

-

2013/14

4

-

-

2014/15

7

1

2

2015/16

3

2

-

2016/17

2

-

2

Cəmi

22

4

4


Digər xəbərlər

Xəbər xətti