Muarem Muarem: "AZAL bizə qarşı çox aqressiv oynayırdı" - MÜSAHİBƏ

23:28 29 Oktyabr 2016

Bu gün Azərbaycan Premyer Liqasının X turunda “Qarabağ” səfərdə AZAL-a 1:0 hesabı ilə qalib gəlib. 

Matçdan sonra “Qarabağ”ın yeganə qolunun müəllifi Muarem Muarem sportarena.az saytının əməkdaşının da suallarını cavablandırıb.


- Oyun haqqında fikirlərini bilmək maraqlı olardı...
- Çətin oyun olacağını bilirdik. Bu səbəbdən yaxşı hazırlaşırdıq. Rəqib bizə qarşı çox aqressiv oynayırdı. Matçın əvvəllərində ot örtüyü ilə bağlı  problem yaşadıq. Şükürlər olsun ki, 3 xalı qazandıq. Bu, bizim üçün çox vacib idi. 

- Süni ot örtüyü sizin oyununza nə dərəcədə çətinlik yaradırdı?
- Həqiqətən, çox çətinlik yaradırdı. Xüsusən də bu stadionun ot örtüyü digərlərindən çox fərqlidir, çox pisdir. Ayaqlarımız çox ağrayır belə stadionlarda. Belə olacağını bilirdik. Oyun ərzində bir qol epizodum oldu, onu da maksimum dəyərləndirib, qol vura bildim. Bir çox epizodlarımız oldu, lakin dəyərləndirə bilmədik.

- Vurduğun qolda, sanki, oyundankənar vəziyyət var idi. Sən nə düşünürsən bu barədə?
- Bilmirəm. Mən həmin an topa baxırdım. Rəqib oyunçulara baxmadım. Həmin epizodu izləyəcəyəm.

- Sıx qrafikdə oynayırsız. Bu, komandanın fiziki durumuna necə təsir edir, yorğunluq varmı?
- Sıx qrafik olduğunun fərqindəyik. Yorğunluğun olması normaldır. Amma baş məşqçimiz bizi yaxşı hazırlaşdırır. Hər oyun fərqli oyunçulara şans verir. Qarşıdan çox önəmli matçlarımız var. Yaxşı dincəlib, həmin matçlara da hazır olmalıyıq.

- Belə bir vəziyyətdə PAOK-la bacara bilərsinizmi?
- Problem yaranacağını düşünmürəm. Oyuna hələ 5 gün var. Yaxşı istirahət edə biləcəyik. PAOK-la oyuna tam hazır olacağıq.


Digər xəbərlər

Xəbər xətti